AZ

Qurban Qurbanov: "Azərbaycan futbolu adına çox sevinirəm"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolu adına çox sevinir.

"Far.Az"un məlumatına görə, bunu Ağdam təmsilçisinin çalışdırıcısı mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm".

Q.Qurbanov növbəti turda "Liverpul"a qarşı keçirəcəkləri oyun barədə də danışıb:

"Liverpula böyük inamla yollanacağıq. Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik. Futbolçularımdan çəkinmədən mübarizə aparmalarını istəyəcəm. Onların azarkeşləri çox aqressiv və davakardırlar. İnanıram ki, futbolçularım İngiltərədə ən azı bugünkü oyunun davamını gətirəcəklər".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Seçilən
99
5
far.az

10Mənbələr