AZ

“Yuventus” evdə “Benfika”nı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turunda İtaliyanın “Yuventus” komandası ilə Portuqaliyanın “Benfika” klubu üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Matçın baş hakimi Niderlandın Haarlem şəhərindən Serdar Gözüybük olub. Görüşdə hesab 55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Tyuram-Yulen tərəfindən açılıb. 64-cü dəqiqədə isə amerikalı futbolçu Ueston Makkenni turinlilərin üstünlüyünü artırıb.

Bu nəticədən sonra “Yuventus” 7 oyunda 12 xal toplayaraq turnir cədvəlində play-off zonasına yüksəlib. “Benfika” isə 6 xalla aşağı pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Portuqaliya klubu evdə Madrid “Real”ını qəbul edəcək, “Yuventus” isə səfərdə “Monako” ilə qarşılaşacaq. Hər iki oyun 28 yanvar, çərşənbə günü keçiriləcək.

Seçilən
56
90deqiqe.az

1Mənbələr