AZ

“Azərbaycan supersüjeti” – Rusiya mətbuatı “Qarabağ”dan yazır

“Qarabağ”ın  Çempionlar Liqasının VII turunda “Ayntraxt” üzərində qələbəsi (3:2) Rusiya mətbuatında da geniş rezonans doğurub.

Msport.az xəbər verir ki, nüfuzlu sports.ru saytı matça aid geniş yazı hazırlayıb. Məqalə “Ayntraxt” şübhəli penaltidən önə keçdi, lakin sonda 2 qol buraxdı. Azərbaycan supersüjeti” adlanır:

“Qarabağ” ilk fərqlənən tərəf oldu. Artıq 4-cü dəqiqədə Kamilo Duran yaxın məsafədən topu qapıya vurdu. Amma “Ayntraxt” hesabı tez bərabərləşdirdi. Topu ələ keçirən Can Uzun onu uzaq küncə göndərdi. Ümumilikdə azərbaycanlılar daha parlaq oyun göstərirdilər, lakin uzun müddət 2-ci qolu vurmaq alınmırdı.

Fasilədən sonra oyunun sürəti aşağı düşdü. Meydana iki dəfə almaniyalı tibbi personal daxil oldu. Oyunun sonuna yaxın komandalar qələbə qazanmaq üçün maksimum güclərini qoydular.

74-cü dəqiqədə Kamilo Duran Nnamidi Kollinzlə təmasdan sonra cərimə meydançasında yerə yıxıldı. Lakin penaltiyə layiq epizod deyildi.

Lakin növbəti hücumda “Ayntraxt”ın xeyirinə penalti təyin etdilər. Ansqar Knauff Bəhlul Mustafazadənin folundan sonra yerə yıxıldı. Meydana sonradan daxil olmuş Fares Şaribi topu qapıdan keçirdi. 78-ci dəqiqədə azərbaycanlılar 1:2 uduzurdular, pley-off şansları əriyib gedirdi.

“Qarabağ” şübhəli penaltidən qapısında qol gördü, lakin təslim olmadı, az sonda bərabərlik qolunu vurdu. Elvin Cəfərquliyevin ötürməsini Duran tamamladı.

Ən əsası isə sonda 3-cü qolu da vurdular! Kornerdən sonra topu ələ keçirdilər, Mateus Silva cərimə meydançasına ötürmə verdi. Bəhlul isə topu qapıdan keçirib penaltidəki səhvini düzəltdı.

“Qarabağ” 90+4-cü dəqiqədə fərqləndi, qələbə qolunun müəllifi hətta ağladı.

“Qarabağ” yenidən TOP-24-ə qayıtdı. Bu artıq Çempionlar Liqasında 3-cü qələbə oldu!

“Qarabağ” 10 xalla TOP-24-dədir. Onlar “Monako”, “Bayer” və “Napoli”dən çox xal toplayıblar. Komanda 3 qələbə ilə inamla turnir cədvəlinin orta sıralarındadır.

“Qarabağ” ilk dəfə Almaniyadan olan rəqibini məğlub etdi. 

Buna qədər “Bayer”, “Borussiya”, “Frayburq”la qarşılaşmışdılar, amma bir dəfə də qələbə qazanmamışdılar. Bu Çempionlar Liqasında isə “Benfika” və “Kopenhagen”i də məğlub ediblər. “Qarabağ” evdə 4 oyundan yalnız birində uduzub, gözlənilmədən “Ayaks”a – 2:4.

“Ayntraxt” dəqiq pley-off-dan kənarda qaldı.

7 turdan sonra 4 xal – TOP-24 üçün heç bir şans yoxdur. Baş məşqçi Dino Töpmöllerin istefaya göndərilməsinin köməyi olmadı.

“Qarabağ” 98,9 faiz pley-off-dadır. Hətta son turda uduzsalar da, böyük ehtimal mübarizəni davam etdirəəcəklər. 

“Qarabağ” dəqiq TOP-24-də qalacaq. Bu qələbəni əldə etmələri sayəsində. Son oyun “Liverpul”a səfərdir. Superkompüter Opta “Qarabağ”a kosmik şans verir – 98,9 faiz. Bu, “Monako”, PSV, “Napoli” və “Benfika”dan çoxdur. 7-ci turdan əvvəl isə Azərbaycan klubunun pley-off şansı cəmi 43 faiz qiymətləndirilirdi.

Ötən mövsüm 11 xal heç də hamıya bəs eləməmişdi. Bu il belə görünür ki, 10 xal da kifayət edəcək. Liqa mərhələsinin əvvəlində isə bukmekerlər onların şansını yalnız 12,5 faizlə qiymətləndirirdilər.

Görün bütün gözləntiləri nə qədər aşdılar!

 

Seçilən
27
msport.az

1Mənbələr