AZ

"Qarabağ" ÇL-in turnir cədvəlində neçənci yerdədir?

UEFA Çempionlar Liqasında əsas mərhələnin 7-ci turu yekunlaşıb.

Fanat.Az xəbər verir ki, bu gecə Bakıda "Ayntraxt"ı 3:2 hesabı ilə üstələyən "Qarabağ" xallarının sayını 10-a çatdırıb.

Hesabında 3 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi ÇL-in turnir cədvəlində 18-ci yerdədir. Təmsilçimiz pley-offa vəsiqəni təmin etməsə də, bu tarixi uğurun reallaşmaq ehtimalı yetərincə yüksəkdir.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutacaq kollektiv 1/8 finala, 9-24-cü pillələrdə qərarlaşacaq komandalar pley-offa yüksələcəklər. Yekunda 25-36-cı sıralarda olacaq iştirakçılar isə avrokuboklarda mübarizəni dayandıracaqlar.

"Qarabağ" son oyununu yanvarın 28-də səfərdə "Liverpul"a qarşı keçirəcək.

 

Seçilən
33
fanat.az

1Mənbələr