AZ

Naməlum şəxs Nyu-Yorkda Rusiya Baş Konsulluğuna girməyə cəhd göstərib

BAKI, 22 yanvar. TELEQRAF

Nyu-Yorkda naməlum kişi Rusiya Federasiyasının Baş Konsulluğunun ərazisinə daxil olmağa cəhd göstərib və diplomatik nümayəndəliyin əmlakına ziyan vurub.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Rusiya diplomatik missiyasında məlumat verilib.

Məlumata görə, ABŞ hüquq-mühafizə orqanları Rusiya diplomatlarının çağırışından təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlib. Naməlum şəxs ikinci mərtəbədəki eyvana çıxıb. O, yeni il girlyandasını qoparıb, lakin bayraq dirəyindən asılmış Rusiya bayrağını açmağa müvəffəq olmayıb.

Zərərverən şəxs saxlanılıb, polis hadisənin detallarını araşdırır.

Seçilən
78
teleqraf.com

1Mənbələr