AZ

Londonda "Rolex" mağazası silahlı basqına məruz qalıb

BAKI, 22 yanvar. TELEQRAF

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən "Rolex" mağazası naməlum şəxslər tərəfindən qarət edilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, motosiklet dəbilqələri taxmış şəxslər lom və maçete ilə silahlanaraq “Rolex Bucherer” butikində təxminən üç dəqiqə davam edən basqın həyata keçiriblər. Onlar mağazadan bir neçə dəyərli əşyanı götürərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd olunur ki, altı nəfərdən ibarət dəstədən biri mağazanın qarşısında dayanaraq ətrafdakı insanları binaya yaxınlaşmamaqla hədələyib. Cinayəti törədənlər daha sonra mopetlərlə qaçıblar.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Seçilən
100
2
teleqraf.com

3Mənbələr