AZ

Çinin Rusiyadakı səfiri: Pekin Avropa ilə tərəfdaşlığın tərəfdarıdır

BAKI, 22 yanvar. TELEQRAF

Pekin Avropa ilə tərəfdaşlığın tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bu barədə Çjan Xanxuey TASS üçün yazdığı köşə məqaləsində bildirib.

Diplomat xatırladıb ki, Çin və Avropa diplomatik münasibətlərin qurulmasından bəri 50 illik əməkdaşlıq təcrübəsinə malikdirlər. Onun sözlərinə görə, tərəflər bu dövrdə əməkdaşlıq təcrübəsini ümumiləşdirərək tərəfdaşlığın münasibətlərin fundamental statusu olduğunu bir daha təsdiqləyiblər.

Qeyd olunur ki, 2025-ci ilin iyulunda Pekində Çin-Avropa İttifaqı sammiti keçirilib. Tədbir tərəflər arasında diplomatik münasibətlərin yarım əsrlik yubileyinə həsr olunub.

Xatırladaq ki, daha əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin Çin tərəfinin Avropa İttifaqını çoxqütblü dünyada mühüm siyasi və iqtisadi güc kimi gördüyünü bildirib. Onun sözlərinə görə, Pekin Avropa İttifaqının birliyini, inkişafını və möhkəmlənməsini açıq şəkildə dəstəkləyir.

Si Cinpin həmçinin vurğulayıb ki, Çin və Avropa tərəfdaşlıq xəttinə sadiq qalmalı və açıq əməkdaşlığı davam etdirməlidir. Çin lideri Pekinin Çin-Aİ münasibətlərini inkişaf etdirməyə, bununla da hər iki tərəfə və beynəlxalq ictimaiyyətə daha çox fayda verməyə hazır olduğunu qeyd edib.

Seçilən
80
teleqraf.com

1Mənbələr