AZ

Fond bazarlarında gərginlik azalıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Davosda Dünya İqtisadi Forumundaçıxışı zamanı Qrenlandiyanı əldə etmək barədə səsləndirdiyiritorikanı yumşaltmasından sonra bazarların reaksiyası sürətlədəyişib.

Trend-inməlumatına görə, qlobal fond bazarları əvvəlki sessiyada baş vermişsatışlardan sonra bərpa olunub, ABŞ xəzinə istiqrazlarınınmövqeləri isə sabitləşib.

Brukinq İnstitutunun eksperti, ABŞ-ın keçmiş yüksək vəzifəliməmuru Filip Qordon “Reuters” agentliyinə bildirib ki, DonaldTrampın çıxışından çıxarılan əsas nəticə onun Qrenlandiya ilə bağlıgüc tətbiqi imkanını istisna etməsi olub.

“Zalda hamı rahat nəfəs aldı”, – deyə o bildirib.

Uoll-stritdə “Dow Jones” indeksi 1 faiz, “S&P 500” indeksi 1faiz, “Nasdaq Composite” indeksi isə 1,1 faiz artıb.

Yaponiyanın istiqraz bazarlarında baş verən sarsıntılar vəTrampın Qrenlandiya ilə əlaqədar rüsumlar tətbiq etməktəhdidlərindən sonra kəskin artan xəzinə istiqrazlarınıngəlirliliyi aşağı düşüb.

Seçilən
142
az.trend.az

1Mənbələr