AZ

Norveç Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırmır

BAKI, 22 yanvar. TELEQRAF

Norveç hakimiyyəti Rusiya ilə sərhəddə ümumi hasar və ya fiziki baryer inşa etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, vu barədə “İzvestiya” qəzeti Norveçin Milli Polis İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda sərhəd xətti boyunca aparılan işlər əsasən infrastrukturun modernləşdirilməsini nəzərdə tutur və ümumi hasarın tikintisini əhatə etmir. Qurumdan bildirilib ki, mövcud tədbirlər sərhəd təhlükəsizliyinin texniki cəhətdən gücləndirilməsinə yönəlib.

Seçilən
75
teleqraf.com

1Mənbələr