AZ

“Bu futbol sanki Qurban Qurbanovun ixtirasıdır” -Fazil Mustafa

""Qarabağ" yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı. 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

"Bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir. İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi. Bu arada görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1-2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3-2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu. Hakimin avara hərəkətləri də komandamızı sındıra bilmədi. Bu cür oyunlardan sonra "Qalatasaray"dan, "Fənərbaxça" maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm. Artıq Türk dünyasında "Qarabağ"a həm "Qarabağsaray", həm də "Qarabağbağça" kimi baxılır. Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir. Bu futbol sanki Qurban Qurbanovun ixtirasıdır. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Düran, Yankoviç, Silva, Bəhlul- daha kimi deyim- hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar- bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!".

Aytəkin TOFİQQIZI

Seçilən
85
redaktor.az

1Mənbələr