AZ

Media nümayəndələri Aztürk Holding tərəfindən təltif olunacaq



Milli ideologiyanın təbliği və vətənpərvərlik dəyərlərinin cəmiyyətə çatdırılmasında göstərdikləri fərqlənən fəaliyyətə görə, müəyyən media nümayəndələri Aztürk Holding tərəfindən təltif olunacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Aztürk Holding-in İdarə Heyəti məlumat yayıb.

Bildirilib ki, tədbirin məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliği, medianın ictimai şüurun formalaşdırılmasında rolunun dəyərləndirilməsi, vətənpərvər mövqedə olan media nümayəndələrinin əməyinə rəsmi qiymət verilməsidir.

"Aztürk Holding bundan sonra da milli ideologiyanın təşviqi və vətənpərvərlik fəaliyyətində fərqlənən media qurumlarına dəstəyini davam etdirəcəkdir",-deyə məlumatda qeyd edilir.

Süleyman
Seçilən
21
1
newscenter.az

2Mənbələr