AZ

ABŞ və NATO arasında Qrenlandiya razılaşması: Çərçivə hazırlanır?

ain.az bildirir, Bakivaxti portalına istinadən.

"NATO rəhbəri Mark Rutte ilə Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün çərçivə hazırladıq".

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Davosda ABŞ prezidenti Donald Tramp bildirib. O, bu barədə ətraflı məlumat verməyib, lakin M.Rutte D.Trampın bu açıqlamasını təkzib edib. Rutte öz növbəsində Qrenlandiyanın suverenliyi məsələsinin respublikaçı liderlə müzakirə olunmadığını bildirib:

"Respublikaçı prezidentlə müzakirələrimizdə bu məsələ qaldırılmadı. Dəyişikliklərin baş verdiyi, çinlilərin və rusların getdikcə daha çox aktivləşdiyi bu geniş Arktika bölgəsini qorumaq üçün nə etməli olduğumuza diqqət yetiririk. Bu razılaşmanı yekunlaşdırmadan əvvəl hələ çox iş görülməlidir" .

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
125
1
bakivaxti.az

2Mənbələr