Masazırda qanunsuz tikinti aparılır?
Sakinlər bildirirlər ki, onsuzda yaşadığımız küçə keçilməz vəziyyətdəir bir tərəfdən də bu ağır texnikalar yolumuzu bağlayır keçilməz edir. Aidiyyatı qurumlara bunula bağlı müraciət etsəkdə heç bir tədbir görülmür.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmadı.
Abşeron rayon icra Hakimiyyətinə sorğu verilib. Qeyd edək ki, Abşeron rayonunda qanunsuz tikinti ilə bağlı ilk hal deyil. Tikinti ilə bağlı aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
Tikinti aparılan ərazinin görüntülərini təqdim edirik: