AZ

Sumqayıtda "gözəgörünməz" avtobus dayanacağı

Sumqayıt şəhərində avtobus dayanacağı ilə bağlı mövcud vəziyyət narahatlıq doğurur. 

Sumqayit24.az-a daxil olan məlumata görə, 5 nömrəli marşrut avtobusunun hərəkət etdiyi Koroğlu küçəsində 
yolun bir istiqamətində dayanacaq olsa da, əks istiqamətində olmaması çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, avtobus sözügedən ərazidə sərnişin götürüb-düşürsə də, dayanacağın olmaması həm nəqliyyat vasitələrinin hərəkətinə, həm də piyadaların təhlükəsizliyinə mənfi təsir göstərir. 
Vətəndaşlar aidiyyəti qurumlardan sözügedən yerdə dayanacaq təşkil edilməsini tələb edirlər.

Seçilən
33
yenilik.az

1Mənbələr