AZ

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ!”.

Seçilən
23
49
xalqqazeti.az

10Mənbələr