AZ

Gizli Həyat Forması: Alimlər insan bədənində naməlum canlılar kəşf ediblər

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Alimlər insan orqanizmində əvvəllər məlum olmayan həyat formalarını aşkar ediblər. Bu mikroskopik strukturlar, tədqiqatçılar tərəfindən "obelisklər" adlandırılıb. Kəşf, iri miqyaslı genetik verilənlər bazalarının təhlilinin nəticəsi olaraq əldə edilib və artıq elm dünyasında geniş müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Şimali Karolina Universitetinin biologu Mark Payferin sözlərinə görə, bu kəşf hətta sahə mütəxəssisləri üçün belə gözlənilməz olub. Obelisklər, məlum virusların əksəriyyətindən qat-qat kiçikdir və mövcud biologiya təsnifatlarına uyğun gəlmir. Onlar, zəncirvari RNT molekullarından ibarət olub və viruslardan fərqli olaraq, zülal qapağına sahib deyillər.

Araşdırmaya Stanford Universitetinin Nobel mükafatı laureatı Endryu Fayr rəhbərlik edib. Alimlər müəyyən ediblər ki, obelisklər insanın mikrobiomunu təşkil edən bakteriyaların içində yaşayır. Ən çox ağız və bağırsaq mikroorqanizmlərində aşkar edilir və müxtəlif struktur növləri, ehtimal ki, bədənin müxtəlif bölgələrində üstünlük təşkil edir.

Hal-hazırda obelisklərin insan sağlamlığına mənfi təsir etdiyi ilə bağlı heç bir dəlil tapılmayıb. Lakin alimlər, bu strukturların bakteriyalar üzərində təsir edərək, dolayısıyla sağlamlıq vəziyyətinə təsir göstərə biləcəyini istisna etmirlər. Tədqiqatçılar vurğulayır ki, bu kəşf, həyatın hansı formalarını qəbul etməli olduğumuz barədə əsaslı suallar ortaya qoyur.

Mütəxəssislərin qeyd etdiklərinə görə, obelisklərin tədqiqi hələ yeni başlanıb. Gələcəkdə alimlər onların mənşəyi, funksiyaları və insan orqanizminin mürəkkəb ekosistemindəki mümkün rolu barədə daha ətraflı məlumat əldə etməlidir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
icma.az

1Mənbələr