“Bakı Neft Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldıldığını elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 100 paydan ibarət olmaqla, ümumilikdə 100 manat məbləğində formalaşdırılır.
Xatırladaq ki, zavodun nizamnamə kapitalı 16 100 000 manat təşkil edir.
"Bakı Neft Maşınqayırma Zavodu" 5 yanvar 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Vəliyev Elxan Eldar oğludur. Hüquqi ünvanl AZ1104, BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, ZABRAT ŞTQ, BABƏK, ev.101A ünvanıdır.