ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Afrika Millətlər Kubokunun finalında Mərakeş-Seneqal matçı zamanı tribunada yaranan gərginliyin görüntüləri yayımlanıb.
"Unikal" xarici KİV-ə istinadən verir ki, görüntülərdə məmurların seneqallı azarkeşə qarşı sərt müdaxilə etdiyi, yerdə ikən təpikləndiyi anlar görünür. Digər seneqallı azarkeşlər dostlarını qorumaq üçün müdaxiləni dayandırmağa çalışıblar.
Görüntülərin yayılmasından sonra çoxsaylı futbol azarkeşləri və istifadəçiləri tribunadakı müdaxiləyə sərt reaksiya veriblər. Sosial media paylaşımlarında təhlükəsizlik işçiləri qeyri-mütənasib güc tətbiq etdiklərinə görə tənqid olunublar.
Xatırladaq ki, matçda Seneqal Mərakeşi 1-0 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub və turniri çempion kimi başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.