"Qarabağ"ın üzvü Bəhlul Mustafazadə tarixə düşüb.
Publika.az xəbər verir ki, 28 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində (qrup və ya liqa) qol vuran ilk azərbaycanlı futbolçu olub. O, buna turnirin 7-ci turunun "Ayntraxt"la oyununda (3:2) fərqlənməklə nail olub.
Komandasına qələbə gətirən qolun müəllifi olan Mustafazadə eyni zamanda adını Azərbaycan futbol tarixinə yazdırıb.
"Qarabağ" tarixində ikinci dəfədir ki, ÇL-in əsas mərhələsində mübarizə aparır. "Köhlən atlar" cari mövsümlə yanaşı, 2017-18 sezonunda da bu hüquqa yiyələnib. Bəhlula qədər Ağdam klubunun turnirdə vurduğu 14 qolun hamısı legionerlərin aktivində olub.