AZ

Deputat: Dərsliklərdə müəyyən problemlər var, rəqəmsallaşma zəruridir

Dərsliklərin məzmunu ilə bağlı müəyyən problemlər mövcuddur və bu sahədə rəqəmsallaşmaya keçid vacibdir. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, dərsliklərin elektron formata keçirilməsi mövcud nöqsanların daha çevik aradan qaldırılmasına imkan verər.

“Dərsliklərdə problemlərimiz var. Dərsliklərin rəqəmsallaşması üzərində işləməliyik. Elektron qaydada hər hansı səhvlər olarsa, bunu düzəltmək daha asandır”, – Məmmədov bildirib.

O vurğulayıb ki, rəqəmsal dərsliklər həm təhsil keyfiyyətinin yüksəldilməsinə, həm də tədris materiallarının operativ yenilənməsinə şərait yarada bilər.

Gülnar Nazimqızı 

Seçilən
54
20
anews.az

10Mənbələr