AZ

Kreml üçün kritik günlər: Bu ölkə Rusiyaya vaxt qoydu

Suriya keçid hökuməti Rusiya qoşunlarından ölkədəki üç hərbi bazadan birini - Suriyanın şimalındakı Qamışlı şəhərində yerləşən aerodromu tərk etmələrini istəyə bilər.

Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan Suriya mənbəsi “Kommersant” nəşrinə açıqlama verib.

Mənbənin sözlərinə görə, Qamışlının yerləşdiyi Həsəkə əyalətinin kürdlərin nəzarətindən çıxaraq mərkəzi hökumətin tabeliyinə keçməsindən sonra aerodromun statusu ilə bağlı danışıqlara başlanıla bilər. Bildirilir ki, yanvarın 20-si axşam saatlarında Dəməşq kürd komandirlərinə Həsəkənin vahid dövlət strukturlarına dinc şəkildə inteqrasiyası üçün plan hazırlamaq məqsədilə dörd gün vaxt verib.

“Kommersant”ın mənbəsinə görə, Suriya tərəfi məsələni mümkün qədər sərt formada qoya və Rusiya qüvvələrinin Qamışlıdan tam çıxarılmasını tələb edə bilər. Bu yanaşma bölgədə dəyişən hərbi-siyasi vəziyyət və xarici oyunçuların rolunun azalması ilə əlaqələndirilir.

Seçilən
55
publika.az

1Mənbələr