Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov yanvarın 23-də Xızı rayonunda vətəndaşları qəbul edəcək.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu "1 №-li Yol İstismarı" və Siyəzən rayonu "2 №-li Yol İstismarı" MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.