AZ

“Fənərbağça”ya müjdə -

Türkiyənin “Fənərbağça” klubu bu gün doğma meydanda İngiltərə nəhəngi “Aston Villa” ilə qarşılaşacaq. Kritik matç öncəsi “Fənərbağça” azərkeşləri şad xəbər alıblar. Metbuat.az xəbər verir ki, ötən gün İstanbula gələn İngiltərə klubunun heyətində ciddi dəyişiklik var. “Aston Villa”nın təcrübəli qapıçısı Emiliano Martinez əsas heyətə daxil edilməyib. O, İtaliyanın “İnter” klubuna keçidi ilə bağlı danışıqlar apardığı üçün Türkiyəyə gələn bilməyib. Bununla yanaşı, Kamara, Allysion və Barkley kimi məşhur oyunçular da “Fənərbağ”çaya qarşı forma geyinməyəcək.

Mütəxəssislər "Aston Villa"nın vazkeçilməzi sayılan bu oyunçuların matçda iştirak etməməsini “Fənərbağça” üçün böyük avantaj olaraq qiymətləndirirlər.

Seçilən
31
metbuat.az

1Mənbələr