AZ

ABŞ ordusu Arktikadakı əməliyyatlara hazır deyil

Yazını böyüt
Yazını kiçilt

ABŞ hərbi qulluqçuları NATO üzv olan Şimali Avropa ölkələrinə nisbətən sərt soyuq şəraitdə əməliyyatlara daha az hazır olduqları üçün Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmirlər.

Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti yazırb. Məlumata əsasən, 2025-ci ilin mart ayında Norveçin şimalında keçirilən NATO-nun Joint Viking təlimləri zamanı ABŞ nümayəndələri nəzərəçarpacaq çətinliklərlə üzləşdilər.

Nəşrin məlumatına görə, manevrlərin təşkilatçıları müharibə oyunları zamanı düşmən rolunu oynayan Finlandiya ehtiyatda olan əsgərlərindən amerikalılara təslim olmalarını istəyiblər.

Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisi üçün Finlandiyadan asılıdır. "Avropalıların lazımi təcrübəsi var. Əgər ABŞ prezidenti Donald Tramp regionu qorumaq istəyirsə, Arktika müttəfiqlərini qıcıqlandırmaqla səhv yol tutur", - deyə bildirib.

Seçilən
64
3
hafta.az

4Mənbələr