AZ

“ Davos platforması Azərbaycana strateji fürsətlər yaradır”- Arzu Nağıyev

Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycanın fəal təmsil olunması ölkə üçün həm iqtisadi, həm də diplomatik baxımdan yeni imkanlar yaradır.

Bu fikirləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev səsləndirib. Deputatın sözlərinə görə, forum zamanı keçirilən görüşlər xarici investisiyaların cəlb edilməsi, strateji əməkdaşlıqların dərinləşdirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Arzu Nağıyev bildirib ki, Azərbaycan nümayəndə heyəti Davos platformasında potensial investorlarla birbaşa təmaslar qurur, enerji, turizm, nəqliyyat və informasiya texnologiyaları sahələrində birgə təşəbbüsləri müzakirə edir. Bu proseslər ölkə iqtisadiyyatının şaxələndirilməsi və innovativ texnologiyalara inteqrasiyanın sürətləndirilməsi üçün vacibdir.

Deputatın fikrincə, Davos Forumu eyni zamanda Azərbaycan üçün mühüm diplomatik tribunal rolunu oynayır. Burada dövlət rəsmilərinin ikitərəfli və çoxtərəfli formatda keçirdiyi görüşlər strateji tərəfdaşlıqların güclənməsinə, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə geniş imkanlar yaradır.

O, əlavə edib ki, forum Azərbaycanın beynəlxalq miqyasda tanıdılması, eləcə də turizm potensialının təqdim olunması baxımından da önəmli platformadır. Qlobal iqtisadi meyillərin izlənilməsi və beynəlxalq biznes dairələri ilə qurulan əlaqələr isə yerli sahibkarlar üçün uzunmüddətli əməkdaşlıqların əsasını formalaşdırır.

Nəticə etibarilə, Arzu Nağıyev Davos Ümumdünya İqtisadi Forumunu Azərbaycanın həm iqtisadi inkişaf strategiyası, həm də xarici siyasət mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma kimi

Seçilən
18
news365.az

1Mənbələr