“Qarabağ”ın “Ayaks”la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gələn Əkbər Zülfüqarov ötən gün Ağdam təmsilçisinin “Ayntraxt”la qarşılaşmasını da azarkeşlik edib.
Ölkə.Az xəbər verir ki, bu dəfə də sığınacaqdakı dostları ilə maçı izləyən Əkbərin qol sevinci maraq doğurub.
“Qarabağ”ın Ayntraxta vurduğu qələbə qoluna uşaqların sevindiyi anlar Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında paylaşılıb.
Videoda qola sevinən Əkbərin dostları ilə qucaqlaşdıqdan sonra qapını açaraq çölə qaçdığı görünür.
“Əkbər sevincindən bütün sığınacağı oyadıb”, - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi “Ayntraxt” 3:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Əkbər bir müddət əvvəl “Qarabağ”ın “Ayaks”la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gəldikdən sonra sonradan komandanın baş məşqçisi Qurban Qurbanov və Nəriman Axundzadə onunla görüşmüşdü.
Billurə