AZ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ » AzadMedia.az


Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu, M.Şərifzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qobustan qəsəbəsi ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi, eləcə də Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan etibarən bəzi ərazilərə qazın verilişi dayandırılacaq.

Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Seçilən
15
16
azadmedia.az

10Mənbələr