AZ

Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edildi

Bakı. Trend:

Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan vəbununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüpolis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə DİN Mətbuat xidmətinin regional qrupundanməlumat verilib.

Bildirilib ki, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “ChevroletCamara” markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkətiqaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərəkavtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokoltərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 ilmüddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

Məqalədə:
Seçilən
19
44
az.trend.az

10Mənbələr