AZ

Tramp mümkün varislərinin adlarını açıqladı

ABŞ-da 2028-ci il prezident seçkiləri üçün artıq namizədlərin olduğu bildirilsə də, vəziyyətin dəyişə biləcəyini nəzərə alan ABŞ Prezidenti Donald Trump konkret ad çəkmək üçün hələ tez olduğunu bildirib.

Editor.az xəbər verir ki, ABŞ lideri bu fikirləri NewsNation telekanalına verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, Respublikaçılar Partiyasında seçkilərdə iştirak edə biləcək çox istedadlı şəxslər var.

Donald Tramp mümkün varislər sırasında vitse-prezident J. D. Vance və dövlət katibi Marco Rubionun adlarını xüsusi olaraq qeyd edib. Prezident, həmçinin maliyyə naziri Scott Bessenti də potensial namizədlər arasında göstərib.

Tramp vurğulayıb ki, adı çəkilən hər üç şəxs onun fikrincə mükəmməl namizədlərdir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da hər il keçirilən mühafizəkarların AmericaFest konfransında iştirak edənlərin böyük əksəriyyətinin növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi J.D. Vance-i dəstəklədiyi barədə məlumat yayılmışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr