
ABŞ Prezidenti Donald Trampın Danimarkanı dəstəkləyən ölkələrə tarif tətbiq etmək niyyətindən geri çəkilməsi Aİ rəsmilərində şübhə yaradıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Almaniyanın vitse-kansleri Lars Klinqbayl bildirib ki, ABŞ–Aİ arasında gərginliyin bitdiyini demək hələ tezdir və NATO-nun baş katibi Mark Rutte ilə Tramp arasında əldə olunacaq real razılaşmaları gözləmək lazımdır.
Qrenlandiya danışıqlarında iştirak edən Aİ rəsmisi isə sosial media açıqlamalarına əsaslanaraq qərar verməyin düzgün olmadığını vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl Danimarkanın mövqeyini dəstəkləyən Avropa ölkələrinə 10% tarif tətbiq etməklə hədələmişdi. Yanvarın 21-də o, Mark Rutte ilə Qrenlandiya üzrə mümkün razılaşmanı müzakirə etdiyini və bu səbəbdən tariflərdən imtina etdiyini açıqlayıb. "Axios"un məlumatına görə, razılaşma Danimarkanın suverenliyini qoruyur.
Seyranə QuliyevaMissiya.Az