AZ

Donald Tramp: “Mən diktatoram”

Ajans.az xəbər verir ki, Trampın bu açıqlamasının videosu Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb. “Çıxışımız çox yaxşı alındı, təriflər eşitdik. İnanıram ki, adətən deyirlər: o (Tramp – red.) dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır. Bu dəfə isə bunu demədilər”, – deyə ABŞ Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumundakı (WEF) çıxışını şərh edərkən bildirib. Donald Tramp WEF-də səsləndirdiyi fikirlərin sağlam düşüncəyə əsaslandığını da vurğulayıb. “Dediklərimin hamısı sağlam düşüncəyə söykənir. Bunun mühafizəkarlıqla, liberalizmlə və ya hər hansı digər ideologiya ilə heç bir əlaqəsi yoxdur”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
Seçilən
117
Ajans.az

1Mənbələr