AZ

"Ümid edirəm ki, "Qarabağ"la matçda da uğurlu çıxış edə biləcəyik" - "Liverpul"un futbolçusu

BAKI, 22 yanvar. TELEQRAF

"Ümid edirəm ki, "Qarabağ"la matçda da bugünkü kimi uğurlu çıxış edə biləcəyik”.

Teleqraf xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun futbolçusu Ceremi Frimponq UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Fransada yerli "Marsel" komandasını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

UEFA-ya açıqlamasında niderlandlı müdafiəçi komandasının çıxışını şərh edib: "Yaxşı oyun nümayiş etdirdik, həm müdafiədə, həm də hücumda effektiv olduq. Çoxlu qol şansları yaratdıq və layiqli qələbə qazandıq".

Frimponq Çempionlar Liqasında Azərbaycan çempionu ilə keçiriləcək matçı barədə də danışıb: "Bu mərhələni ilk səkkizlikdə bitirmək istəyirik. Gələn həftə “Qarabağ”la oyunumuz var. Ümid edirəm ki, həmin matçda da bugünkü kimi uğurlu çıxış edə biləcəyik".

Seçilən
55
teleqraf.com

1Mənbələr