Bakı.Trend:
Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakiniŞəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobilyolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanıvurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatınıitirib.
Trend xəbərverir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, yeni həftənin ilk günlərində piyadalarınvurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki,onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, buhadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayışməntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyənedilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeydyanaşması ilə bağlı olub.
Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılarüçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalarhər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməməkyalnız öz həyatını deyil, eyni zamanda digər hərəkətiştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyətdaşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətlişəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geridönüşü olmayan nəticələrə səbəb ola bilər.
Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganəyanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsiməsuliyyətidir.