Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, millimiz Bakıda Danimarka yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
22 yanvar
19:00. Azərbaycan (Futzal) – Danimarka (Futzal)
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov
Bakı İdman Sarayı