Əvəzedicilər liqasında hədəfi çempionluq olan “ağ-qaralar”ın həqiqətən Afrika qitəsindən futbolçular gətirib? Bəs yaşları neçədi?
Bu barədə əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevdən soruşduq:
“Bir futbolçu baxışa gəlib. Bir neçə nəfər yoxdu, cəmi biri gəlib. Baxışdadı. Əsas komanda ilə birgə qərar verəcəyik. Təcrübəli futbolçu deyil, gəncdi. Futbolçuya baxıb, qərarımızı əsas komandaya bildirəcəyik” .
Tək “Neftçi” yox, “Sabah”ın da əvəzedici komandası da Afrikadan yeni futbolçular cəlb edib.MÜZƏFFƏR QULUZADƏ