AZ

Çin Ukrayna böhranı ilə bağlı danışıqları asanlaşdırmaq istəyir

Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Hanhui TASS üçün yazdığı məqalədə bildirib.

Diplomat yazıb: "Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsi kimi aktual beynəlxalq məsələlərdə Çin ardıcıl olaraq qərəzsiz və ədalətli mövqe tutur, fəal şəkildə sülhə çağırır və danışıqları təşviq edir, atəşkəs və sülhün bərpası üçün yorulmadan səy göstərir".

O, fundamental məsələlərdə Çinin "tarixin düzgün tərəfində dayandığını, hegemonluğu qətiyyətlə rədd etdiyini və hədə-qorxu və güc siyasətinə qarşı çıxdığını" vurğulayıb. Səfirin sözlərinə görə, Çin diplomatiyası "qarşılıqlı faydalı əməkdaşlıq" ruhunu təbliğ edir və beynəlxalq münasibətlərə "razılığın müdrikliyini" gətirir.

2024-cü ilin may ayında Çin və Braziliya Ukraynadakı münaqişənin həlli üçün bir plan təqdim ediblər ki, bunun da ilk məqamı hərbi əməliyyatların dayandırılması idi. Sentyabr ayında Çin, Braziliya və Qlobal Cənubun digər ölkələri "Sülh Dostları" platformasının yaradıldığını elan ediblər və iştirakçılar Ukraynadakı münaqişə ilə bağlı konstruktiv və rasional dialoqa sadiq olduqlarını bildiriblər.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr