AZ

"Qarabağ" bizi düzgün cəzalandırdı” - "Ayntraxt"ın futbolçusu

style='margin-bottom:10px;'>

“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışıb.

QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçi UEFA-nın saytına açıqlamasında komandasının çıxışından narazı qaldığını etiraf edib:

“Oyunumuz qətiyyən yetərli deyildi. Kifayət qədər yaxşı oynamadıq. Bəzi məqamlarda düzgün oynadıq, hesabda önə keçdik. Amma dərhal qol buraxdıq ki, bu da qəbuledilməzdir. “Qarabağ”ı təbrik edirəm. Onlar vəziyyəti çox yaxşı idarə etdilər. Səhvlərimizdən maksimum yararlandılar. Ciddi səhvlər etdiyimiz anlarda bizi düzgün cəzalandırdılar”.

Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və sona 1 tur qalmış 18-ci pillədə qərarlaşıb. "Ayntraxt"ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib.

Seçilən
54
2
teleqraf.com

3Mənbələr