AZ

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda iki ünvanda dəm qazından zəhərlənmə hadisəsi olub.

Far.Az "Report"a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, 2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25 ünvanında hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
96
3
far.az

10Mənbələr