AZ

Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur - Kamaləddin Qafarov

Bakı. Trend:

“Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin“Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasirbeynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, formalaşdırdığıstrateji xətti və regional liderliyini aydın şəkildə ortaya qoyur.Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqləyirki, Azərbaycan qlobal çağırışların artdığı, beynəlxalq hüquqnormalarının selektiv şəkildə tətbiq olunduğu mürəkkəb dövrdə beləprinsipial və praqmatik siyasət yürütməyi bacaran birdövlətdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov səsləndirib.

Millət vəkili qeyd edib ki, hazırkı beynəlxalq mühitdə hüquqimexanizmlərin hamı üçün eyni dərəcədə işləməməsi Prezident İlhamƏliyevin artıq çoxdan proqnozlaşdırdığı bir reallıqdır:

“Məhz bu şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, lakinbeynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğun siyasətixüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin nümayişetdirdiyi yanaşma göstərir ki, Azərbaycan emosiyalara deyil,nəticəyönümlü və rasional qərarlara əsaslanan strateji xəttformalaşdırıb. Bu xətt ölkəmizə öz haqlı mövqeyini beynəlxalqmüstəvidə müdafiə etməyə və real nəticələr əldə etməyə imkan verib.Müsahibədə səsləndirilən digər mühüm məqam Prezident İlham Əliyevin“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi iləbağlıdır.

Prezident İlham Əliyev bu mükafatı təkcə şəxsi uğur kimi deyil,Azərbaycanın uzun illər davam edən münaqişədən sonra CənubiQafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətindəatdığı addımlara verilən beynəlxalq qiymət kimi dəyərləndirir. Buyanaşma Azərbaycanın liderliyinin humanizm, dialoq və qarşılıqlıhörmət prinsiplərinə söykəndiyini nümayiş etdirir və ölkəmizin sülhgündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.Prezident İlham Əliyev öz müsahibəsində təhlükəsizlik məsələləriilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir.Prezident İlham Əliyev Azərbaycanın daxilində sabitliyin möhkəmtəməllər üzərində qurulduğunu, potensial risklərin isə əsasənxarici mənbələrdən qaynaqlandığını açıq şəkildə ifadə edir. Bu,dövlət idarəçiliyinin səmərəliliyinin, cəmiyyətlə hakimiyyətarasında mövcud olan etimadın və güclü dövlət institutlarınınmövcudluğunun nəticəsidir. Eyni zamanda, bu yanaşma Azərbaycanınregional prosesləri diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşıpreventiv siyasət yürütmək əzmində olduğunu göstərir. Enerjiməsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın CənubiQafqazda formalaşdırdığı strateji üstünlüyü bir daha təsdiqləyir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu günregionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur.Azərbaycanın enerji resursları təkcə iqtisadi deyil, həm də siyasisabitliyin mühüm faktoruna çevrilib” .

Məqalədə:
Seçilən
126
14
az.trend.az

10Mənbələr