AZ

Cibdə gəzdirilən, qatlanan bıçaqların istifadəsinin qadağan edilməsi təklif olunur

Bakı. Trend:

Son dövrlərdə gənclər və yeniyetmələr arasında baş verənbıçaqlanma hadisələri artıb. Xüsusilə cibdə gəzdirilən, qatlananbıçaqların istifadəsi ilə törədilən hadisələrin statistikasıartmaqdadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idmankomitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasındadeyib.

Millət vəkili bildirib k, bu tip bıçaqların daşınmasının,istifadəsinin və satışının qadağan edilməsi məsələsinə ciddişəkildə baxılmalıdır.

“Mövcud vəziyyət göstərir ki, bir çox ağır hadisələr məhz bualətlər vasitəsilə baş verir. Bu istiqamətdə atılacaq addımlargənclər və yeniyetmələr arasında zorakılıq və ölüm hallarınınqarşısının alınmasında mühüm rol oynaya bilər.

Eyni zamanda, bəzi oyunlar və digər zərərli təsir vasitələri varki, onlar insanların, xüsusilə də gənclərin və yeniyetmələrinpsixologiyasına ciddi təsir göstərir. Hesab edirəm ki, bu kimitəhlükəli məzmunların da qadağan olunması və ya ciddi nəzarətəgötürülməsi böyük əhəmiyyət kəsb edir və mümkün faciəvi hallarınqarşısını ala bilər”.

Seçilən
89
2
az.trend.az

3Mənbələr