AZ

Rolex mağazası 3 dəqiqə ərzində qarət edildi VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən "Rolex" mağazası naməlum şəxslər tərəfindən qarət edilib.Bizim.Media xəbər verir ki, motosiklet dəbilqələri taxmış şəxslər lom və maçete ilə silahlanaraq “Rolex Bucherer” butikində təxminən üç dəqiqə davam edən basqın həyata keçiriblər.onlar mağazadan bir neçə dəyərli əşyanı götürərək hadisə yerindən uzaqlaşıblar.Qeyd olunur ki, altı nəfərdən ibarət dəstədən biri mağazanın qarşısında dayanaraq ətrafdakı insanları binaya yaxınlaşmamaqla hədələyib. Cinayəti törədənlər daha sonra mopetlərlə qaçıblar.Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
2
bizim.media

3Mənbələr