AZ

Orta Dəhliz boyunca yük maşınları üçün təhlükəsiz parklanma məntəqələrinin inkişafı müzakirə edildi

Bakı. Trend:

Avropa Təhlükəsiz Parklanma Təşkilatının (ESPORG) baş direktoruDirk Penasse və icraçı katib Roksana İlie Qara dəniz İqtisadiƏməkdaşlıq regionunun Avtonəqliyyat Assosiasiyaları İttifaqının(BSEC-URTA) baş katibi Mehmet Uylukçu və onun müavini AlpdoğanKahraman ilə Orta Dəhliz boyunca yük avtomobilləri üçün təhlükəsizparklanma məntəqələrinin inkişafını müzakirə ediblər.

Trend bu barədəBSEC-URTA-ya istinadən xəbər verir.

Məlumata görə, tərəflər yük avtomobilləri üçün təhlükəsiz,etibarlı və yaxşı təchiz olunmuş parklanma məntəqələrinə artantələbatı müzakirə ediblər. Bu cür infrastruktur xarici ticarət vəbeynəlxalq avtomobil daşımalarının əsas iştirakçıları, yəni peşəkarsürücülər üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd olunur ki, görüş zamanı əsas diqqət BSEC-URTA və ESPORGüçün qarşılıqlı maraq doğuran bir sıra məsələlərə yönəlib. Xüsusiləyük avtomobilləri üçün parklanma məntəqələrinin beynəlxalqavtomobil daşımalarında oynadığı əsas rol, onların sürücüçatışmazlığının azaldılmasına müsbət təsiri, eləcə də obyektlərinlayihələndirilməsində genderlə bağlı ehtiyacların nəzərəalınmasının vacibliyi vurğulanıb.

“Görüşün mühüm nəticələrindən biri ESPORG-un missiyasının yalnızAvropa ilə məhdudlaşmamalı, Qara dəniz İqtisadi Əməkdaşlıq (QDİƏ)regionunu, xüsusilə Avropa İttifaqının Mərkəzi Asiya ölkələri iləticarət əlaqələrində getdikcə daha strateji rol oynayan Orta Dəhlizmarşrutu boyunca əhatə etməli olduğu barədə ümumi mövqeninformalaşması olub. Bu kontekstdə nəqliyyat dəhlizləri boyuncatəhlükəsiz və sertifikatlaşdırılmış yük avtomobili parklanmaməntəqələrinin yaradılmasının seçim deyil, zərurət olduğuvurğulanıb”, – məlumatda bildirilir.

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu – TITR) Asiyanı Avropa ilə birləşdirən nəqliyyat vəticarət yoludur və ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativkimi çıxış edir. Marşrut Çindən başlayır, Mərkəzi Asiyaölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçir, Xəzərdənizi üzərindən Azərbaycanı keçməklə davam edir, daha sonraGürcüstan və Türkiyə üzərindən Avropaya çatır. Bu quru marşrutudaha uzun dəniz yollarından yan keçməyə imkan verir və ŞərqiAsiyanı, o cümlədən Çini, Avropa ilə birbaşa əlaqələndirir.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr