AZ

The Telegraph: "ABŞ Qrenlandiyada hərbi bazaları tutacaq"

Britaniyanın "The Telegraph" qəzeti öz mənbələrinə istinadənyazırki, bazalar ələ keçiriləcəyi təqdirdə ABŞ-nin ərazisi sayılacaq. Bu, Vaşinqtona hərbi əməliyyatlar, təlim və kəşfiyyat işləri aparmağa imkan yaradacaq. Hökumətin fikrincə, belə bir addım, eyni zamanda, regionda müəyyən inkişafa, o cümlədən nadir torpaq elementlərinin hasilatına təkan verəcək.
Daily Mail:"Vaşinqton qrenlandiyalıları pulla razı salacaq"

Donald Tramp dünən Davos İqtisadi Forumunda vurğulayıb ki, ABŞ Qrenlandiyanı pulla almağa hazırdır. "Daily Mail" qəzeti öz mənbələrinə istinadən yazır ki, Vaşinqton bu məqsədlə hər bir qrenlandiyalıya 1 milyon dollar paylamaq niyyətindədir.

Firudin Həmidli
AzVision.az
Seçilən
26
1
azvision.az

2Mənbələr