AZ

Bir çox ölkələrdə qadağan edilən oyunlar Azərbaycanda hələ də əlçatandır – Millət vəkili

Bakı. Trend:

Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətləyayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur. Burisklərdən biri də təhlükəli kompüter oyunlarıdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvüVüqar İskəndərov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, bu məsələ zahirən sakit görünsə də,əslində olduqca təhlükəlidir:

“Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdəformalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxtkeçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağanedilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildəəlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur,xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərləbirbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pullaaçılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəlidavranış modelləri mövcuddur”.

Deputat xatırladıb ki, bəzi ölkələrdə bu oyunlar cinsi istismarvə psixoloji zorakılıq halları ilə əlaqələndirilərək qadağanedilib:

“Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclərarasında aqressiya, zorakılıq və digər neqativ halların artması datəsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq vəyeniyetməlik dövründə formalaşır.

Biz psixoloq deyilik, lakin parlament üzvləri olaraq gələcəkqanunvericilik təşəbbüslərində və ictimai rəyinformalaşdırılmasında mühüm rol oynayırıq. Hesab edirəm ki, zərərlivərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərləməhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də buçərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakinçox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas riskqrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir”.

Seçilən
69
1
az.trend.az

2Mənbələr