Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev yanvarın 21-i axşam saatlarında liman terminallarının ərazisində yanğın baş verdiyini açıqlayıb.
Kondratyevin sözlərinə görə, yanğın Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində yaranıb. Hadisə Krasnodar diyarının Temryuk rayonunun Volna qəsəbəsində, Taman yarımadası yaxınlığında yerləşən liman terminallarının ərazisində qeydə alınıb. Bildirilir ki, zərbə nəticəsində neft məhsulları saxlanılan dörd rezervuar alovlanıb.
Rusiya “Telegram” kanallarının yaydığı məlumata əsasən, hadisə zamanı müəssisənin üç əməkdaşı həlak olub, azı 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunur ki, bu məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. Ukrayna Silahlı Qüvvələri isə Krasnodar diyarının liman infrastrukturuna zərbələr endirilməsi ilə bağlı hər hansı açıqlama yaymayıb.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.