AZ

Tramp qrenlandiyalılara 1 milyon dollar təklif etməyi düşünür

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasının ABŞ-yə qoşulmaq üçün səs veriləcəyi təqdirdə hər bir qrenlandiyalıya 1 milyon dollar təklif etməyi düşünür.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Hesabatda deyilir ki, Tramp Qrenlandiya xalqına (əhalisi 57.000 nəfər) ABŞ-yə qoşulmaq üçün səs verdikləri təqdirdə hər birinə 1 milyon dollar - 750.000 funt sterlinq və ya 850.000 avro təklif etməyi düşünür.

Həmçinin, NATO-nun hərbi nümayəndələrinin Danimarkanın "Qrenlandiya ərazisinin kiçik sahələrini" ABŞ-yə güzəştə gedəcəyi və orada hərbi bazalar tikə biləcəyi barədə razılaşmanı müzakirə etdiyi qeyd olunub.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
63
missiya.az

1Mənbələr