AZ

Avropa İttifaqı ABŞ ın tariflərdən imtina qərarını alqışlayıb

ain.az, Ayna saytına istinadən bildirir.

“Pis seçim tarif müharibəsini davam etdirmək, ən pis seçim isə hərbi müdaxilə olardı"

Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar fevral ayında qüvvəyə minməsi planlaşdırılan tarifləri qaldırmaqdan imtina etməsi ilə bağlı açıqlamasına müsbət reaksiya veriblər.

"Gərginliyin azaldılması yolunun başlamasından və idxal rüsumlarının müzakirə mövzusu olmamasından məmnunam". AYNA.AZ bildirir ki, bu sözləri Hollandiyanın Baş naziri Dik Şuf sosial mediada yazıb.

İtaliyanın Baş naziri Corciya Meloni də bu xəbəri alqışlayıb: "Müttəfiq ölkələr arasında dialoqun inkişaf etdirilməsinə davam etmək vacibdir".

İrlandiyanın Baş naziri Mixeal Martin öz növbəsində Trampın açıqlamasını "xoş xəbər" adlandırıb və qeyd edib ki, indi bütün maraqlı tərəflər gərginliyi azaltmalı və iqtisadiyyata diqqət yetirməlidirlər.

Finlandiya Prezidenti Aleksandr Stubb öz növbəsində CNN-ə bildirib ki, tərəflər gərginliyin azaldılmasına nail olublar, lakin "hələ bitməyib". O söyləyib ki, ABŞ-ın Qrenlandiyanı əldə etmək planları ilə əlaqədar Avropa üç ssenari ilə üzləşə bilərdi: "Yaxşı bir seçim çıxış yolu tapmaq və NATO-nun köməyi ilə Arktika təhlükəsizliyini yaxşılaşdırmaq üçün bir prosesə başlamaq olardı. Pis seçim tarif müharibəsini davam etdirmək, ən pis seçim isə hərbi müdaxilə olardı".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
ayna.az

1Mənbələr