AZ

40 yaşlı Ronaldo 960-cı qolunu VURDU

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqasının bombardirlər siyahısında üstünlüyünü artırıb.

Bizim.Media xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu çempionatın 17-ci turunda səfərdə "Damak"la oyunun 50-ci dəqiqəsində (1:2) qol vurub.

Qeyd edək ki, turnirin cari mövsümündə 40 yaşlı portuqaliyalı 16 oyunda 16 qol vurub və liqanın ən yaxşı bombardiridir. "Əl-Əhli"nin hücumçusu Ayven Touni ondan iki qolla geri qalır.

Bizim.Media

Seçilən
88
2
bizim.media

4Mənbələr