sport24.az saytına istinadən ain.az xəbər verir.
"Liverpul" yay "transfer pəncərəsi"ndə "Tottenhem"in mərkəz müdafiəçisi Miki van de Veni heyətinə qatmağa çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.24 yaşlı niderlandlı futbolçu hazırda "Tottenhem"lə yeni müqavilə ilə bağlı danışıqlara razılıq vermir. Bu isə klub rəhbərliyində narahatlıq yaradıb. "Liverpul" Van de Veni müdafiəni gücləndirmək üçün əsas namizəd hesab edir, onun sürəti və fiziki keyfiyyətləri klubun oyun üslubuna uyğun gəlir. Qeyd edək ki, Van de Venin "Tottenhem"lə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq. Niderlandlı müdafiəçi bü mövsüm bütün turnirlərdə "mahmızlar"ın heyətində 29 rəsmi matçda 6 qol və 1 məhsulda ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.