Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Havalar soyuq keçdiyi zaman kommunal xidmətlərdə problemlərin minumuma endirilməsi üçün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçir. Şaxtalı havalarda ən çox problem sayağaclarda baş verir. Su sayağacları bəzən donur və ya partlayaraq su axıdır.Sayağacların donması və ya partlaması faktiki olaraq yalnız su itkisinə deyil, həm də abonentin maddi zərərə düşməsinə səbəb olur. Çünki mövcud qaydalara əsasən, abonent öz mülkiyyətində və ya nəzarətində olan ərazidəki sayağacın mühafizəsinə görə birbaşa məsuliyyət daşıyır. Qurumun tövsiyələrinə görə, vətəndaşlar açıq sahədə yerləşən sayağacların ətrafını izolyasiya materialları (şüşə yunu, penoplast və ya qalın parça) ilə bükməli, onların soyuq hava ilə birbaşa təmasını kəsməlidirlər.Vətəndaşlar bu halla qarşılaşdıqda hara müraciət etməlidir? İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il sayağacların donması ilə bağlı onlara müraciət daxil olmayıb:"Soyuq hava ilə bağlı sayağacda hər hansı problem yaranarsa, məsələ İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hesabına həll edilir. Vətəndaşlar problemlə üzləşdikdə 955 qaynar xətti və ya 012 433 16 01 nömrəsi ilə əlaqə saxlamalıdırlar"- deyə qurum rəsmisi bildirib.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.